Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür:
I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər.
II. Ön bağırsaq
Udlaq
Qida borusu
Mədə
III. Orta ya nazik bağırsaq
Onikibarmaq bağırsaq
Acı bağırsaq
Qalça bağırsaq
IV. Arxa ya yoğun bağırsaq
Kor bağırsaq
Qalxan çənbər bağırsaq
Köndələn cənbər bağırsaq
Enən çənbər bağırsaq
S-ə bənzər çənbər bağırsaq
Düz bağırsaq
V. Vəzilər
Dilaltı vəzi
Çənəaltı vəzi
Qulaqaltı vəzi
Qaraciyər: Öd kisəsi; Öd
Mədəaltı vəzi
Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.